Azərbaycan Premyer Liqasında may ayının ən yaxşı qolu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin futbolçusu Qara Qarayevin qolu ən yaxşı seçilib. O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Alaşı qabaqlayıb.
Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.