Maqazin

Qara Qarayevdən tanınmış teleaparıcıya hədiyyə (FOTOLAR)

Bu gün Bakıda baş tutan Azərbaycan – Xorvatiya oyununda maraqlı anlar yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, yığmanın və “Qarabağ”ın futbolçusu Qara Qarayev formasını azarkeşə hədiyyə edib. Matçın ilk yarısından sonra futbolçular soyunub-geyinmə otağına gedərkən Qara Qarayev tribunalara yaxınlaşıb və formasını xanıma verib.

Bu azarkeş isə tanınmış teleaparıcı Mələk Heydərova olub.

Xanım azarkeş Qaranı formasını geyinib və oyunu forma ilə izləyib.

Sosial şəbəkədəki paylaşımında isə yazıb: “Forma yaş olsa da, oyunun sonuna qədər əynimdən çıxarmadım”

Azxeber.com həmin görüntüləri və xanım aparıcının fotolarını təqdim edir:




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43