Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” “Gent”i qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, matçın 51-ci dəqiqəsində Ağdam təmsilçisi hesabda önə keçmək üçün əla fürsət yaxalayıb.
Musa Qurbanlının zərbəsindən sonra top rəqib müdafiəçisinin əlinə dəyib. Baş hakim Məhəmməd Al-Hakimi VAR-ın xəbərdalığından sonra monitora baxaraq penalti təyin edib.
Topun arxasına keçən Ramil Şeydayev penaltidən yararlana blməyib.
İkinci hissəsi davam edən oyunda qapılara qol vurulmayıb.