06 Fevral 2025
Kateqoriyasız

“Qarabağ” 156 gündən sonra…

AzərbaycanPremyer Liqasının I dövrəsinin “Sumqayıt”la “Qarabağ” arasında son oyunu (1:0) iki ilklə əlamətdar olub.

İdmanxeber.com PFL-nın saytına istinadən xəbər verir ki, 9-cu turda “Sumqayıt” mövsümdəki ilk qələbəsini qazanıbsa, “Qarabağ” 1-ci dəfə uduzub. Ötən mövsümün mayın 28-də keçirilən son turunda “İnter”i 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” 8 oyunluq qələbə həsrətinə 150 gündən sonra son qoyub. 35-ci turun “İnter”lə oyununda 1:2 hesabı ilə uduzduqdan sonra cari mövsümün 8 qarşılaşmasında uduzmayan “Qarabağ” mayın 22-dəki yenilgidən 156 gün sonra məğlub olub.

Xatırladaq ki, bu matçdan sonra çempionatda uduzmayan komanda qalmayıb. Qələbəsi olmayan yeganə komanda isə “Rəvan”dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43