“Qarabağ” vacib oyuna çıxır. Bütün Azərbaycanın diqqəti bu görüşdə olacaq. Nəticənin yaxşı olacağını düşünürəm. İlk oyun evdə olsa da, çətin keçəcək. “Gent” çox ciddi rəqibdir. Rahat oyun olmayacaq”.
Bu sözləri idmanxeber.az saytına “Səbail”in kapitanı Rahid Əmirquliyev “Qarabağ” – “Gent” oyunu barədə danışarkən deyib. Vaxtı ilə Ağdam təmsilçisində çıxış etmiş təcrübəli futbolçu daha sonra belə davam edib:
“Qarabağ” yaxşı transferlər edib, heyətində səviyyəli futbolçular var. Komandamızın qələbə qazanacağını düşünürəm. Qurban Qurbanov necə oynamalı lazım olduğunu yaxşı bilir. Bu mərhələni keçəcək gücümüz var. İlk oyundan çox şey asılıdır. Səfərə yaxşı nəticə ilə yollanmaq lazımdır. Məncə, “Qarabağ” 2:0 hesabı ilə qalib gələcək”.
O, Kadi Borgeslə Kvabena Ovusunun ayrılışının komandaya təsir edəcəyini də vurğulayıb:
“İki oyunçu da heyətin əsas üzvlərindən idi. Hətta Kadini “Qarabağ”ın lideri adlandırmaq da olardı. Ancaq yeni futbolçular da zəif deyillər. Komandada heyətdən ayrılan iki oyunçunu əvəz edə biləcək isimlər var”.