22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” 200 min təklif etdi, şotlandlar “yox” dedi

Şotlandiyanın “Sent-Mirren” klubunun qapıçısı Vaçlav Qladkini transfer etmək istəyən “Qarabağ” qolkiper üçün qarşı tərəfə etdiyi 200 min funt-sterlinq təklifi qəbul edilməyib.

İdmanxeber.az-ın “thescottishsun.co.uk” saytına istinadən verdiyi məlumata görə, “köhlən atlar”ın yenidən şotlandlarla danışığa başlayacağı bildirilir.

Məlumatda Ağdam klubunun Qladkiyə görə “Sent-Mirren”də qazandığından 6 dəfə çox məvacib təklif edəcəyi iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43