Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:1) sonra “Rudar”ın baş məşqçisi Mirko Mariç yenilgini şərh edib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis “Qarabağ” haqda xoş sözlər deyərək rəqibin növbəti mərhələyə yüksəlməyə layiq olduğunu bildirib:
“Futbolçularımı təbrik edirəm. Neyləyə bilərik? Avrokubok oyunlarında bircə səfə görə də cəzalana bilirsən.
Nəticəyə çox yaxın olsaq da, indi çox uzağıq. “Qarabağ” 40 milyon büdcəyə malikdir. Rəqib çox güclü idi. Bununla belə, biz də pis oynamadıq. Qeyd etdiyim kimi, Avropa miqyaslı yarışlarda bir səhv bütün istəklərin üstündən xəttə çəkir”.