20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” 5 saniyəyə cərimə meydançamıza çata bilər”

“Qarabağ”la oyundan əvvəl hər bir detalın vacib olduğunu bilirdik. Rəqibin yaxşı olduğunu bilsək də, oyunda səhvlərə yol verdik. Xüsusilə bilirdik ki, meydanın mərkəzində topu itirsək, “Qarabağ” 5 saniyəyə cərimə meydançamıza çata bilər. Bunu bu oyunda da təsdiqlədilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç Xorvatiya çempionatında “Qoritsa” ilə oyundan danışarkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı Zaqrebdə keçirdikləri ilk oyuna (3:0) toxunarkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Mən gözləyirəm ki, cavab matçında daha ardıcıl olacağıq. “Qarabağ” uzun illər ölkəsinin çempionudur, dominantdır. Bu komandada öz keyfiyyətini göstərən yaxşı futbolçular var. Şanslarımızdan istifadə etdik və yaxşı üstünlüyü əldə etdik, amma rahatlaşa bilmirik.

Perkoviç, Periç, Ademi və Ristovski çərşənbə günü “Qarabağ”la cavab oyununda bizə qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43