Ölkə futbolu

“Qarabağ” 6 futbolçusunu göndərir

“Sumqayıt” “Qarabağ”ın iki futbolçusunu heyətinə qatmağı planlaşdırır. 

Bu, Kamil Hüseynov və Elton Yaqubludur. Hər iki futbolçu icarə əsasında Gənclik şəhəri təmsilçisində forma geyinə bilərlər. 

“Qarabağ” sözügedən futbolçuları “Sumqayıt”a təcrübə toplamaq üçün göndərir.

Qeyd edək ki, Ağdam təmsilçisi bu futbolçularla yanaşı Toğrul Bilallı, Tural İsgəndərov, Bilal Abbaszadə və Murad Səttarlını da icarəyə vermək barədə düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43