Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu siyahıda yalnız “Qarabağ” təmsil edir.
201 klubun yer aldığı siyahıda Ağdam klubu 123 xalla 119-cu yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə geriləyib.
Siyahıya Almaniyanın “Bavariya klubu başçılıq edir – 354 xal. İkinci yerdə Madrid “Real”ı 337, üçüncü pillədə isə 315 xalla “Atletiko” qərarlaşıb.