Kateqoriyasız

“Qarabağ” 700 biletə 35 min manat pul verdi

“Neftçi”nin “Qarabağ”la oyun öncəsi bilet qiymətini 50 manata qaldırması qonaq komanda rəhbərliyini hərəkətə keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu sözügedən oyuna 700 bilet alaraq azarkeşlərinə dağıdıb. 35 min manat biletə pul ayıran Ağdam klubu 700-dən artıq bilet almaq istəyi mümkün olmayıb. “Qarabağ”da hər şey rəsmi qaydada olduğundan, ödəmələr nağdsız, köçürmə yolu ilə həyata keçirildiyindən klub daha çox bilet almaq istəyib. Ancaq “Neftçi” klubu biletlərin yalnız nağd şəkildə satıldığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43