Kateqoriyasız

“Qarabağ” 8 futbolçu ilə hazırlaşır – FOTOLAR

“Qarabağ” 3 günlük fasilədən sonra məşqləri bərpa edib. Hazırlıqda 8 futbolçu iştirak edib.

Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb.

Kabo-Verde millisinə dəvət alan Patrik Andrade məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz ölkəsinin millisinə qoşulmaq üçün bu gün yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43