Kateqoriyasız

“Qarabağ” Konfrans Liqasının pley-offunda!

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi Bakıda Kiprin klubunu qəbul edib. Tofiq Bəhramv adına Respublika stadionunda keçirilən matçda Ağdam klubu minimal hesablı qələbə əldə edib – 1:0. İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından “atlılar” pley-offa yüksəlib.

“Qarabağ”ın pley-offda rəqibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi olacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi (cavab oyunu)

12 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) – 1:0
Qol: 
Kadi Borges, 87

ilk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43