Kateqoriyasız

“Qarabağ” – AEL: hakimlər açıqlandı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Estoniyadan olan hakimlər idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona yan xətlərdə Silver Koiv və Sten Klaasen köməklik göstərəcək.

“Qarabağ” – AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43