Kateqoriyasız

“Qarabağ” AEL-i keçsə pley-offda bu komandaların biri ilə qarşılaşacaq

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, 3-cü təsnifatın “Qarabağ” – AEL cütünün  qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq. Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq.

SSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)

“Pakuş de Ferreyra” (Portuqaliya) – “Larn” (Şimali İrlandiya)

“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)

“Çukariçki” (Serbiya) – “Hammarbyu” (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43