Kateqoriyasız

“Qarabağ” – AEL matçına nə qədər bilet satılıb?

UEFA Konfrans Liqasının 3-cü turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – AEL cavab oyunu üçün bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, avqustun 12-də baş tutacaq qarşılaşma üçün satışa çıxarılan 15 min biletdən 8 mini artıq satılıb.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – AEL görüşü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43