Ölkə futbolu

“Qarabağ” Almaniya klubu ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu sabah növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu dəfə Almaniyanın regional liqa təmsilçilərindən olan “Vakker Burqhausen”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” daha öncə keçirdiyi yoxlama görüşlərində “Şaxtyor”a (Donetsk, Ukrayna) 0:2, “Krasnodar” (Rusiya) klubuna 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43