Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu gün iki yoxlama oyunu keçirib.
“Köhlən atlar” ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə qarşılaşıb və uduzub – 1:3.
Ağdam təmsilçisi günün ikinci oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gəlib. Bu matçda isə “Qarabağ” qələbə qazanan tərəf olub – 2:1
“Qarabağ”ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.
9 iyul
“Qarabağ”- “Viktoriya” (Plzen) – 2:1
Qollar: Leandro Andrade, 22 (1:0), 44 (2:0), Kristof Kabonqo, 49 (2:1)
“Qarabağ” – “Kayzerslautern” – 1:3
Qollar: Yannis Heuer, 23 (0:1), Marlon Ritter, 39 (0:2),Boris Tomyak, 47 (0:3), Elvin Cəfərquliyev, 70 (1:3)