Qazaxıstan mətbuatının verdiyi məlumata görə, Ağdam təmsilçisi “Astana”da forma geyinən Almeyda və Pedronu transfer etmək istəyir.
Artıq “Qarabağ”ın Almeydanın özü ilə razılaşdığını klubla danışıqlar apradığı bildirilir. Müqaviləsi PAOK-la olan Pedronun isə icarə əsasında çıxış etdiyi “Astana”da qalmaq istəmədiyi bu səbəbdən də Ağdam təmsilçisinə geri dönəcəyi ehtimal olunur.
Qeyd edək ki, maliyyə problemləri yaşan Qazaxıstan təmsilçisi iki futbolçunu da satmağa müsbət yanaşır.