UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Anderlext” (Belçika) matçı idarə edəcək hakimlər briqadası bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Bakıda baş tutacaq matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona həmyerliləri Roland Brandner və Ştefan Kuehr köməklik edəcək. Roland Riedel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Anderlext” oyunu saat 22:00-da başlayacaq.