08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Andradenin müqaviləsini yeniləyib – RƏSMİ

“Qarabağ” Leandro Andrade ilə müqaviləni yeniləyib. 

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir. Andrade Ağdam təmsilçisinin heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43