Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Qarabağ” növbəti görüşə çıxıb.
Ağdamlılar II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İsrailin “Aşdod” klubunun qonağı olub. Bakıda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası səfərdə minimal hesablı qələbə (1:0) ilə npvbəti mərhələyə yüksəlib.
Ağdamlıların III təsnifat mərhələsindəki rəqibi Vlajnia (Albaniya) – AEL (Kipr) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk matçda Kipr klubu evdə qələbə qazanıb – 1:0.
Konfrans Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
29 iyul
21:00. Aşdod (İsrail) – Qarabağ – 0:1
Qol: Filip Ozobiç, 6
İlk oyun 0:0
“Aşdod”: 1. Yoav Gerafi, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 15. Tom Ben Zaken, 13. Montari Kamaheni, 6. Feras Abu Akal, 99. Oz Bilevi, 77. Yakov Brihon, 23. Martin Rainov, 10. Moussa Baqayoko, 26. Abdul Muqese Zakaria
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 12. Bar Netanel, 9. Şalev Haroş, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 24. İdan Aharon Dahan, 55. Noar Sabaq, 66. Nir Migel Hasson, 30. Navaf Bzeia, 11. Lior Einbrom, 17. Stav Yizhaq Toriel
Baş məşqçi: Ran Ben Şimon
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 2. 30. Abbas Hüseynov, Qara Qarayev, 6. Patrik Andrade, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov