Bu gün daha 2 klubumuz Konfrans Liqasında mübarizəyə başlayıb.
2-ci təsnifat mərhələsində “Qarabağ” evdə İsrail “Aşdod”u ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb.
“Keşlə” isə səfərdə Rusiyanın “Soçi” klubu ilə qarşılaşıb və böyük hesabla uduzub – 0:3.
Bu, adları çəkilən iki klubumuzun yeni yaradılan və bu mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında ilk oyunları olub.
22 iyul
UEFA Konfrans Liqası
20:00. “Qarabağ”(Azərbaycan) – “Aşdod” (İsrail) – 0:0
Qırmızı vərəqə: Maksim Medvedev, 83 (“Qarabağ”)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. “Soçi” (Rusiya) – “Keşlə” (Azərbaycan) – 3:0
Qollar: Rodriqo, 10, Noboa, 66, Barsov, 81
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. “Fişt” stadionu
21 iyul
“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) – 0:0