Kateqoriyasız

“Qarabağ” “Atalanta” və “Qalatasaray”ı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bir neçə gün əvvəl Avropada son 10 ilin 10 ən yaxşı komandasının adlarını açıqladığı xəbərini vermişdik.

Qurum bu siyahını genişləndirib və son 10 ildə dünya üzrə ən yaxşı klubların adlarını da açıqlayıb.

140 klubun yer aldığı siyahıya Azərbaycandan “Qarabağ” düşüb. “Köhlən atlar” 1149 xalla 98-ci sırada qərarlaşıb. “Qarabağ” siyahıda Fransanın “Lill”, “Monako”, Türkiyənin “Qalatasaray”, İtaliyanın “Atalanta” kimi klublarını qabaqlayıb. “Qalatasaray” 111, “Monako” 103, “Lill” 113, “Atalanta” 107-ci sırada yer alıb.

Son 10 ilin ən yaxşı klubu isə 2877 xalla İspaniya “Barselona”sıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43