Dünya futbolu

“Qarabağ” Avroliqada pley-offa qalsa… – daha bir potensial rəqib

Avropa Liqasının pley-off mərhələsində oynayacaq daha 1 komandanın adı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasında keçirdikləri son oyunlardan sonra öz qruplarında 3-cü yeri təmin etmiş “Bayer” (Almaniya), “Ayaks” (Niderland) , “Sportinq” (Portuqaliya) və “Barselona”, “Sevilya”dan (hər ikisi İspaniya) sonra Ukrayna “Şaxtyor”u da Avroliqanın pley-offuna vəsiqə qazanıb.

Qeyd edək ki, ÇL-dən Avropa Liqasına düşən 8 komanda AL-də öz qruplarında 2-ci yeri tutanlarla görüşəcək. Təmsilçimiz “Qarabağ”ın AL-də pley-offa qalma şansı yükəskdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43