24 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” Avroliqada 8 fərqli komandayla qarşılaşacaq – UEFA-nın yeniliyi budur

UEFA Çempionlar Liqasının pley-off mərhələsində hər iki görüşdə Xorvatiya “Dinamo”suna (Zaqreb) məğlub olan “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” UEFA-nın format dəyişikliyindən sonra qrup mərhələsində yox, “İsveçrə sistemi” adlanan vahid liqada iştirak edəcək. Ağdam klubu 8 fərqli komanda ilə mübarizə aparacaq.

Eyni rəqiblə yalnız bir dəfə qarşılaşmaq şərti ilə oyunların yarısı evdə, yarısı isə səfərdə keçiriləcək. Bütün turnirlərdə ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar 1/8 finala çıxmaq üçün öz aralarında pley-off matçları keçirəcəklər. Digər klublar çıxışlarını başa vuracaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43