Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, Hollandiya “Tvente”sini pley-off mərhələsində iki oyunun cəmində məğlub edən Ağdam klubu məhz bu gün qrup mərhələsində rəqiblərini tanıyacaq.
Beləliklə, Monakoda keçiriləcək mərasim Bakı vaxtı ilə 16:00-da start götürəcək.