Kateqoriyasız

“Qarabağ” Avropa səviyyəsində olan komandadı” – Murad Musayev

“Çətin qələbə oldu. Heyətdə bir çox dəyişikliklər olmuşdu. Əksər əsas oyunçularımızın xidmətindən istifadə edə bilmirdik. Son oyunlarda birbaşa rəqiblərimizlə qarşılaşmışdıq. Şadam ki, meydanda yaxşı intizamı olan komanda var idi. Altı qələbəmiz olsa da, biz arxayınlaşmadıq. Bu oyunda iştirak edə bilməyən futbolçuları əvəz edə bildik. Bu qələbə mənim üçün çox dəyərlidi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev  “Səbail”lə (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– “Neftçi” dünən vacib xallar itirdi. Demək olar ki, çempionluq mübarizəsində iki komanda qalıb?
– Hələ az oyun oynamışıq. Futbol ona görə maraqlıdır ki, hər şey tez bir zamanda dəyişə bilər. Çempionluq mübarizəsindən danışmağa ehtiyac yoxdu. Yalnız növbəti oyun barədə fikirləşməliyik.

– Ot örtüyünün durumu nə yerdə idi?
– Köhnə qazonun dəyişdirilməsi yaxşı haldı. Hardasa 20 dəqiqə ot örtüyünə adaptasiya olduq. Çünki təbii örtüklü meydanda oynamağa öyrəşmişik.  Sağ cinahdan hücumlarımız oldu, sol cinahımız o qədər də aktiv deyildi. Azərbaycan cənub ölkəsidi, istəyərdik ki, burada bütün meydançalar təbii örtüklü olsun. Amma hər klubun da öz büdcəsindən və imkanlarından asılıdı.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Matçla bağlı düşüncələriniz necədi?
– 
“Qarabağ” Avropa səviyyəsində olan komandadı. Böyük oyun olacaq. Məncə, çox azarkeş gələcək. Belə oyunlar üçün işləyirik, məşq edirik. Çox çətin olacaq. Amma rahat olub, özümüzə inanmalıyıq.

– Boyan Letiç yerli gənc futbolçulara tez-tez qışqırırdı…
– Azərbaycanlı və ya bosniyalı oyunçu olmaqlarını niyə ayırd edirsiz? Futbolçuların meydanda bir-birinə qışqırması normaldı. Yerli və ya xarici futbolçuları ayırmazdım. Oyunun gedişində emosialar olur, matçdan sonra isə əllərini sıxıb, paltardəyişmə otağına yollanırlar.

– “Sabah”ın bütün rəhbərliyi “Qarabağ” – “Frayburq” görüşünü izləyirdi. Həmin oyundan sonra rəhbərlik sizdən “Qarabağ”la matçda nəsə tələb etdi, danışdınız?
– Xeyr, danışığımız olmayıb.

– Komandanın bəzi yerli futbolçularının “Qarabağ”ın maraq dairəsində olduğu xəbərləri dolaşır. Bu sizi narahat etmirki?
– Bu, şayiələrdi. Ona görə şərh verə bilmərəm. Əgər hansısa konkret təkliflər olsaydı, rəhbərlik bu barədə mənə məlumat verərdim. Dediyim kimi, şayiələrə şərh verməyi mənasız görürəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43