22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” Avstriya klubuna uduzdu (YENİLƏNİB)

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada təlim-məşq toplantısını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi toplanış çərçivəsində bu gün ilk yoxlama matçında qüvvəsini sınayıb.

Qurban Qurbanovun başçılıq etdiyi komanda yerli “Vakker” klubu ilə qüvvəsini sınayıb. Matçın taleyini bir qoll həll edib. Qarşılaşmanın 41-ci dəqiqəsində hesabı açan avstriyalılar tək qolla qələbə qazanan tərəf olub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ikinci sınaq matçını iyunun 28-i Rusiya çempionu “Zenit”ə qarşı keçirəcək. Son yoxlama oyunu isə iyulun 1-də “Skenderbeu” ilə olacaq.

25 iyun

Yoxlama oyunu

18:30. “Qarabağ” – “Vakker” 0:1

Qol: Yamniq Floryan, 41


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43