Kateqoriyasız

“Qarabağ” axtardığı qapıçını Polşada tapdı və…

“Qarabağ” heyətinə yeni qapıçı cəlb edir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Polşa təmsilçisi “Yagelloniya”nın qolkiperi Luka Quqeşaşvili ilə anlaşıb.

Polşa mətbuatı yazır ki,  “köhlən atlar” 22 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsümü “Dila”da icarə əsasında keçirib.

“Dinamo”(Tbilisi) futbol akademiyasının yetirməsi olan Luka “Podlasiye”, “Rekre Qranada” klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43