08 Yanvar 2025
Ölkə futbolu

“Qarabağ” “Ayntraxt”ı məğlub etdi – “İzmir Cup”

“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Qarşılaşma “atlılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Həsən Mürşüdzadə vurub.

“Qarabağ” bu gün “Başakşəhər”, “Altınordu”, “Manisa” və “Portu” klubları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi ilk oyun günündə “Ayaks” və “Srvena Zvezda”ya uduzub (hər iki oyun – 0:2), “Boluspor”la heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43