Kateqoriyasız

“Qarabağ” Azərbaycanı irəli apardı

Ötən gecə “Molde”yə yalnız penaltilərdə məğlub olan “Qarabağ” ölkəmizin UEFA reytinqində irəliləməsinə səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, qolsuz bərabərliyə razılaşan komandamız ölkəmizin reytinqinə 0,250 xal qazandırıb. Bununlada Azərbaycan reytinqdə bir pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16.125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43