Kateqoriyasız

“Qarabağ” Azərbaycanı UEFA reytinqində iki pillə irəli apardı

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Qarabağ”ın Konfrans Liqasında Qazaxıstan “Kayrat” klubu üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub.

Bununla da ölkəmizin aktivinə daha 0,500 xal gələrək ümumi xal sayı 16,000-a çatıb. 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43