Topaz Premyer Liqasının 5-ci turunda “Qarabağ” doğma meydanda AZAL-a 0-1 hesabı ilə məğlub oldu. Bu nəticə ilə mövsümdə ilk məğlubiyyətini alan Ağdam təmsilçisi turnir cədvəlində liderliyi AZAL-a təhvil verdi.
İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” bizdən üstün komandadır. Erkən qol vurduq, qalib gəldik. Komandaya qələbəyə görə təşəkkür edirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün ağır oyun oldu. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbə ilə təbrik edirəm”.