27 Sentyabr 2022
Kateqoriyasız

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”la ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib. Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır: “Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” FK-nın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilmişdir. Biletlərlə bağlı hər hansı istək və suallarınız yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etməyiniz xahiş olunur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Rəqib müdafiə olunmaqdan yorulmurdu” – Qurban Qurbanov

admin

“Araz-Naxçıvan”ın ÇL oyunlarının təqvimi bilindi

admin

“Qarabağ”la oyun öncəsi “Omoniya”da daha iki itki

admin