Kateqoriyasız

“Qarabağ” azarkeşlərini sevindirən xəbər

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade zədəsini sağaldıb.

Bu barədə klubun saytı məlumat yayıb. Kabo-verdeli futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasına tam olmasa da, hazır olduğunu deyib:

“Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Aprelin 29-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda keçirilən ilk oyun qolsuz başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AVRO-2020: Fransa yenə Türkiyə ilə bacarmadı, İngiltərədən darmadağın

admin

Tərlan Əhmədov “Kəpəz”lə oyundan danışdı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin