“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”la ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib. Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır: “Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” FK-nın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilmişdir. Biletlərlə bağlı hər hansı istək və suallarınız yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etməyiniz xahiş olunur”.