“Qarabağ”ın futbolçusu Kevin Medinanın İtaliya A seriyası təmsilçisi “Salernitana”nın maraq dairəsində olması ilə bağlı xəbər vermişdik.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə İdmanxber.az-a açıqlamasında qarşı tərəfin onlara heç bir rəsmi müraciət etmədiyini bildirib:
“Bu xəbərdən məlumatlıyıq. Lakin heç bir klub bizə rəsmi müraciət etməyib”.
Əldə etdiyimiz məlumata görə, “Qarabağ” rəsmi təklif olacağı halda belə Medinanı buraxmayacaq.