Bugün AFFA Nizam İntizam komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.