Kateqoriyasız

“Qarabağ” azarkeşlərinə görə cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

“Keşlə” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Keşlə” – “Zirə” oyununda meydan sahibləribib 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” oyununda matçın 73-cü dəqiqəsində “Neftçi”nin meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri meydana kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunub.

“Səbail” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43