Ölkə futbolu

“Qarabağ” azarkeşləri bəyanat yaydı

Avropa Liqasında yeganə təmsilçimiz olan “Qarabağ”ın “İmarət” fan qrupu bəyanat yayıb. Fan qrup bütün azarkeşləri “Ayntraxt”la maçt öncəsi Premyer Liqada keçiriləcək “Xəzər Lənkəran”la oyuna  stadiona dəvət edib.

“Ayntraxt”la qarşılaşmadan öncə çempionatda “Xəzər Lənkəran”la görüşümüz var. Almanlardan öncə olan oyunumuza diqqətimizi cəmləyək və “Qarabağ”ımıza dəstək olaq. Bu oyuna gəlməkdə heç bir bəhanəmiz olmamalıdı. Münasib zaman, həftə sonu və münasib məkan. Gəlin komandamızı qələbəyə səsləyək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43