Çempionlar Liqasının 5-ci turu çərçivəsində evdə “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın azarkeşləri möhtəşəm kareografiya hazırlamağı planlaşdırır.
İdmanxeber.com-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan ibrahimov bugünədək Azərbaycanda olmayan yeniliyin baş verəcəyini bildirib:
“Azarkeşlərimiz tərəfindən böyük xareografiya hazırlanır. “E” sektoru üçün nəzərdə tutulan xareografiya təxminən 20 000 insanı əhatə edəcək. İnşallah, özünüz görəcəksiz”.