Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Monako” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, komandanın qapıçısı Daniel Subaşiç zədələnib.
Xorvatiyalı qolkiper Rusiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək. Onun əvəzinə Xorvatiya yığmasına Lovre Kaliniç çağırılıb. Subaşiçin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.