Avroliqada “Qarabağ”ın rəqibi olan İtaliya “İnter”i daha bir itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Milan klubunun müdafiəçisi Danilo D`Ambrosio zədələnərək sıradan çıxıb.
İtaliyada keçirilmiş oyunda “Qarabağ”ın qapısına yol tapan 26 yaşıl futbolçunun azı 7-8 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Qeyd edək ki, “İnter”in daha iki futbolçusu Pablo Osvaldo və Mateo Kovaçiç də zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.