Xəbər verdiyimiz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” “Lans”ın yarımmüdafiəçisi Alharbi El Jadeyaouini transfer etməyə yaxındı.
İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi artıq Bakıdadı və danışıqlar müsbət sonuclanıb. Ağdam klubu mərakeşli futbolçuyla müqavilə bağlamağa yaxındı.
Əldə etdiyimiz məlumata görə, son mövsümü “Lans”da keçirən futbolçu üçün “Qarabağ” 400 min avrosundan keçməli olub. Qurban Qurbanovun israrla komandada görmək istədiyi futbolçunun transfer dəyəri məhz 400 min avrodu. “Qarabağ”da Vüqar Nadirovun, Leroy Corcun göndərilməsi də məhz buna uyğun atılmış addımdı. Məhz mərakeşli futbolçunun transferi üçün Vüqara, Leroya olduqca aşağı məbləğdə komandada qalmaq təklif olunub ki, futbolçular da bunu qəbul etməyərək özlərinə yeni komanda axtarmaq məcburiyyətində qalıblar.