Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşacaq “Qarabağ” Bakı-Qlazqo xüsusi reysi ilə Şotlandiyaya yola düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” dünən saat 22:30-da yola düşüb. Şotlandiyanın paytaxtına uçuşun təxminən 6 saat olacağı gözlənilir.
Bu gün komanda oyunun keçiriləcəyi “Seltik Park”da Bakı vaxtı ilə saat 23:45-də (yerli vaxtla 19:45-də) matç öncəsi sonuncu məşqinə çıxacaq. Bundan əvvəl isə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, “Seltik” – “Qarabağ” qarşılaşması iyulun 29-u saat 23:45-də keçiriləcək.