Topaz Premyer Liqasının 4-cü turunun bir oyunu ilə bağlı dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” – “Bakı” oyununun keçirilmə yeri dəyişdirilib.
Sözügedən qarşılaşmaTofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulsa da mərkəzi arenanın ot örtüyü tamamilə sıradan çıxdığına görə, matç “İnter Arena”da keçiriləcək.
Topaz Premyer Liqası
4-cü tur
31 avqust (bazar)
Qarabağ – Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “İnter Arena”, 20:30.