Ölkə futbolu

“Qarabağ” başladı- amma tam heyətlə deyil

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” hazırlıqları bərpa edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ölkə çempionatının  23-cü turunda “Neftçi” ilə oyundan (1:0) sonra  istirahətə buraxılan Qurban Qurbanovun futbolçuları bugündən növbəti matçın hazırlıqlarına start verib.

Komanda fevralın 28-i qarşılaşacaqları “Qəbələ” ilə oyunun hazırlıqlarına tam heyətlə çalışa bilmir. Buna səbəb altı futbolçunun millinin heyətində toplanışa yollanmasıdır. Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov hələ də komanda ilə Antalyada olduğundan, Maksim Medvedev isə zədə səbəbindən millinin düşərgəsindən ayrıldığı üçün məşqlərdə iştirak etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43