08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Bayer” oyununa fransalı hakim təyin edildi

“Qarabağ”ın “Bayer”a qarşı keçirəcəyi ilk oyunu fransalı hakimlər briqadası idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, matç Benoit Bastienə tapşırılıb. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43