27 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Bayer”i keçsə, nə qədər qazanacaq?

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Almaniya klubunu turnirdən kənarlaşdırsa, daha bir tarix yazmaqla yanaşı, büdcəsini də xeyli zənginləşdirəcək. Belə ki, “Köhlən Atlar” “Bayer” səddini keçsə, UEFA-dan 1,8 milyon avro qazanacaq.

“Qarabağ”la “Bayer” arasında ilk oyun bu gün Bakıda baş tutacaq. Görüş saat 21:45-də start götürəcək.

Xatırladaq ki, təmsilçimiz pley-off mərhələsində “Braqa” səddini keçməklə 1,2 milyon avro qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43